ŞƏRABIN TARIXI DIYARINDAN…

Haqqımızda

Şərablarımız cənab Daniel D’Andrea və Eliza Vaqnoni kimi yüksək ixtisaslı italyan texnoloqlarının rəhbərliyi altında istehsal olunur. Bizim şərabçıların komandası özlüyündə bir növ məsləkdaşların beynəlmiləl kollektivinə bənzəyir, işlərinə sadiqdirlər və əsl şərabın və üzümün keyfiyyətini çox gözəl bilirlər və müəssisəmiz Azərbaycanın və İtaliyanın günəşli və səxavətli iki diyarını birləşdirib.

Məhsullar

Bizim şərabın adı - ilk növbədə, üzümün yığılma və şərabın istehsal olunan yerin adıdır -
ölkənin ən gözəl yeri, Qəbələ rayonun ürəyi, Savalan vadisi. Buradaca ərazini bütün növ küləklərdən qoruyan, təbiətin ecazkar abidəsi sayılan, xalq arasında “Yatmış gözəl” adı verilmiş əfsanəvi dağ yerləşir. Biz bu dağı Qəbələnin “Yatmış gözəli” ilə birgə öz rəmzimizə çevirərək, onu etiketlərimizin üstündə yerləşdirmişik.

ÜZÜMLÜK

ASPI AGRO MMC 2007-ci ildə qurulub və özünün əsas fəaliyyət istiqaməti kimi üzümün becərilməsi və yüksək keyfiyyətli şərab istehsalını seçib. İtaliyalı mütəxəssislərin zəngin təcrübəsinə söykənən ASPI AQRO MMC nadir iqlim şəraitinə malik, qədimlərdə şərab sənayesinin çiçəkləndiyi yerdə – Böyük Qafqaz dağlarının ətəklərində, Savalan vadisində şərabçılığı yenidən dirçəldir.

Bizim zavod

Bu gün ASPI AQRO ASC — öz zavodu olan nəhəng şərabçılıq müəssisəsidir. Müəssisədə bənzəri olmayan şərab növlərinin yaradılmasından ötrü italyan keyfiyyəti ənənələrində ən müasir İtaliya texnologiyasından istifadə olunur. Zavodumuz İtaliyanın Della-Toffola şirkətinin son avadanlığı ilə təchiz olunub.

BİZİM MÜKAFATLARIMIZ

XƏBƏRLƏR

SATIŞ NÖQTƏLƏRİ

Əlaqə

Adres:
AZ1007, Azərbaycan Respublikası, Bakı ş.,
Abbas Səhhət küç. 14

Telefon:
(+994 12) 5951130;
(+994 12) 4413461;

E-mail:
office@aspiwinery.az